Ukrayna ilin sonuna kimi daha 200 min insanı orduya səfərbər etmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrdə korrupsiya, kadr çatışmazlığı və səfərbər olunanların səhhətində problemlər səbəbindən hərbi xidmətə çağırışla bağlı böyük problemlər yaşayır.
Ukrayna ordusu NATO-nu Ukraynadakı işə qəbul proseslərinə müdaxilə etməyə və yoxlamağa çağırıb. Onun fikrincə, Qərb müttəfiqlərinin bağışladığı pulun bir hissəsi ilə Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin maaşlarını artırmaq lazımdır.