Çexiyanın özəl silah istehsalı şirkəti "Czechoslovak Group" Ukraynanın "Ukrainian Armored Vehicles" şirkəti ilə Ukrayna Silahlı Qüvvələri üçün sursat istehsalı sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Çexoslovakiya Qrupu Ukrayna Zirehli Maşınları ilə 2025-ci ildən 155 mm-lik və digər iri çaplı sursatların yaradılmasında əməkdaşlıq haqqında müqavilə imzalayıb. İstehsalın başlanması üçün özəl Çex şirkəti yardım göstərəcək”, - məlumatda deyilir.
Bildirilir ki, müqavilə çərçivəsində hər iki şirkət Ukrayna Silahlı Qüvvələrinə tədarük etmək üçün 2026-cı ilə qədər həm Ukraynada, həm də Çexiyada 300 minə yaxın iriçaplı mərmi istehsal etməyi planlaşdır