13 Noyabr 09:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29-un Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, ölkəmiz üçün vacib olan tədbirlərdən biridir. Qlobal müstəvidə COP29-un Bakıdan gözləntisi böyükdür. Azərbaycan iqlim dəyişikliyi mövzusunda qlobal səviyyədə aparılan tədbirlərə ciddi töhfə verəcək.

Bunu Teleqraf.com-a açıqlamasında Mədəniyyət naziri Adil Kərimli deyib.

O qeyd edib ki, ilk dəfə olaraq Azərbaycanda COP29-da yeni təşəbbüs irəli sürülüb: “Bu təşəbbüs ilk növbədə mədəniyyət sahəsinin COP çərçivəsinə gətirilməsi ilə bağlıdır. COP28 tədbirlərində də mədəniyyət və iqlim dəyişikləri mövzusu gündəlikdə olub. Birləşmiş Ərəb Əmirlikləri və Braziliyanın birgə sədrliyi ilə dostluq qrupu formalaşdırılıb. Beləliklə, bu ölkələr iqlim dəyişikliyinin mədəniyyətə təsiri mövzusu müzakirəyə çıxaran tərəfdaşlar kimi çıxış ediblər”.

Nazir bildirib ki, bu ildən Azərbaycan da həmin təşəbbüsə qoşulub: “Həmçinin Azərbaycan yeni bir təşəbbüs irəli sürüb. Bu isə “İqlim üçün mədəniyyət” təşəbbüsüdür. Dünyada beləliklə yeni bir platforma yaranacaq. Məqsəd odur ki, iqlim dəyişikliyinin mədəniyyətə təsiri geniş müzakirəyə çıxarılaraq ciddi nəticələrin əldə olunsun”.

Adil Kərimli 15 noyabrda keçirilən COP29 iclasının əsas gündəliyinin mədəniyyətin iqlimə təsiri ilə bağlı olacağını söyləyib: “Əldə ediləcək yekun nəticələr bütövlükdə COP29 çərçivəsində qəbul edilmiş rəsmi sənədlərə də aid olacaq”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər