2 Yanvar 19:14
1 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın Ukraynaya verdiyi "Patriot" zenit-raket kompleksinin pulunu İsveç ödəyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hökumət Ukraynanın hava hücumundan müdafiəsinə dolayı dəstək olaraq 300 milyon İsveç kronu (təxminən 27 milyon dollar) ayırmaq qərarına gəlib. Vəsait Ukraynaya verilən “Patriot” sistemi üçün Rumıniyaya göndəriləcək”, - məlumatda bildirilib.

Bu məbləğin Kiyevə dəstək paketindən ayrı olduğu vurğulanıb.


Müəllif: Arzu

Oxşar xəbərlər