Vladimir Zelenski Suriyanın yeni hakimiyyətini dəstəkləmək üçün Qərbdəki müttəfiqlərlə əlaqə saxlayacağını bildirib.
Teleqraf.com xəbər verir ki, prezident bu barədə "Teleqram" kanalında paylaşım edib.
“Bu il biz etibarlı tərəfdaşlarımız sırasına daha çox ölkə əlavə edə bilərik. Xüsusilə Suriya. Biz Suriya ilə diplomatik münasibətləri bərpa etməyə hazırlaşırıq”, - Zelenski bildirib.