Rusiyanın Norilsk beynəlxalq hava limanında sərnişin təyyarəsi eniş zamanı problemlə üzləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Bildirilib ki, təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxıb.
Hadisə zamanı "Sibir Hava Yolları"na məxsus hava gəmisinin göyərtəsində 79 nəfər olub və xəsarət alan olmayıb.
Vəziyyətlə əlaqədar təyyarənin uçuşu müvəqqəti dayandırılıb və Moskvaya geridönüş uçuşunu həyata keçirmək üçün ehtiyat təyyarə ayrılıb.