2 Yanvar 12:05
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşin Çittaqonq şəhər məhkəməsi üsyana təhrik ittihamı ilə həbsdə olan hinduların dini lideri və tanınmış təbliğatçı Çinmoy Krişna Dasın girov qarşılığında azad edilməsi ilə bağlı müraciəti rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti məlumat yayıb.

Yüksək təhlükəsizlik tədbirləri altında keçirilən məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verən Mofizul Haq Bhuiyan, məhkəmənin dini liderin vəsatətini təmin etmədiyini diqqətə çatdırıb.

Qərardan sonra Dasın vəkili hindu liderin azad edilməsi üçün ali məhkəməyə müraciət etməyi planlaşdırdıqlarını deyib.

Qeyd edəki ki, Çinmoy Krişna Das, əhalisinin 91%-i müsəlmanlardan ibarət olan bu Cənubi Asiya ölkəsində hinduizmi müdafiə edir.

O, hindulara və onların məbədlərinə yerli radikalların hücumlarını pisləmək üçün Banqladeşdə bir neçə mitinq təşkil edib.

Çinmoy Krişna Dasın noyabr ayının sonunda həbsi Banqladeşdə genişmiqyaslı etirazlara səbəb olub. Onun iki min tərəfdarı, Dasın istintaq müddətində həbsdə saxlanılacağı barədə qərarın elan edilməsindən sonra məhkəmə binası qarşısında piket təşkil edib.

Hüquq-mühafizə orqanları etiraz aksiyalarını dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Nəticədə bir nəfər ölüb, 27 nəfər isə yaralanıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər