2 Yanvar 17:38
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevin Rusiya qazının tranzitini dayandırmaq qərarı cinayətdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanın keçmiş enerji naziri, “Milli Azadlıq Demokratik Hərəkatı” (DIKEA) partiyasının rəhbəri Panayotis Lafazanisin "iskra.gr" saytında dərc olunmuş bəyanatında qeyd edilib.

“Brüssel və Kiyevdə qəbul edilən, 1 yanvardan etibarən Rusiyadan Avropaya, o cümlədən Yunanıstana təbii qazın verilməsini tamamilə dayandıran qərarları yalnız cinayətkar və xəyanətkar adlandırmaq olar. Bu, Avropanın məhvinə və Ukraynanın ölümünə gətirib çıxaran bir addımdır. Bu qərar Brüsselin bürokratiyası, Aİ ölkələrinin və ABŞ-nin talançı siyasi və iqtisadi rəhbərliyi tərəfindən, Avropa xalqlarının iştirakı olmadan hazırlanıb və Ukraynanın nasist elitası üçün faydalı, amma mənasız hay-küylər fonunda qəbul edilib", - deyə siyasətçi bildirib.

Keçmiş nazir əlavə edib ki, bu fəlakətə görə başlıca məsuliyyət Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin üzərinə düşür.

Lafazanis, həmçinin PASOK, SYRIZA kimi müxalifət partiyalarını öz maraqları uğrunda Avropa xalqlarının gələcəyini qurban verməkdə və ABŞ-nin Avropanı daha da müstəmləkələşdirməsinə xidmət etməkdə günahlandırıb.

Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisi üzərindən Avropaya nəqlini nəzərdə tutan müqavilənin müddəti bu il 1 yanvar tarixində bitib.

Saziş hər il 40 milyard kubmetr qazın daşınmasını nəzərdə tuturdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər