Kiyevdəki hədəflərə hücum edən Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələr Ukrayna prezidenti Vladimir Zelenskinin ofisini vurmaq üzrə olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Maryana Bezuqlaya öz "Telegram" kanalında məlumat verib.
“"Şahidlər" hava hücumundan müdafiəni keçərək az qala Ukrayna prezidentinin ofisini vuracaqdılar. Bu, Ukrayna Silahlı Qüvvələrində hərbi idarəetmə ilə bağlı sistemli, uzun müddətdir mövcud olan problemlərin nəticəsidir”, - deyə o bildirib.
Deputatın sözlərinə görə, Kiyev hələ də laylı hava hücumundan müdafiə sistemi yaratmayıb.