2 Yanvar 15:37
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi Monteneqroya başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.

"Monteneqronun Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirir.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", -paylaşımda qeyd edilib.

Xatırladaq ki, Monteneqronun Cetinye şəhərində silahlı cinayətkarın açdığı atəş nəticəsində 12 nəfər, o cümlədən iki uşaq həlak olub.

Kütləvi qətl yanvarın 1-i axşam yerli barların birində məişət zəminində mübahisə nəticəsində baş verib.

Hadisədən sonra Cetinyedə üç günlük matəm elan edilib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər