2 Yanvar 19:51
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Teleqraf.com xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andriya Mandiçə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Monteneqronun Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciə ilə əlaqədar Sİzə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər