Böyük Britaniyada naməlum şəxslər içərisində yüzlərlə barel Ginnes pivəsi olan yük maşını oğurlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Qəzetin yazdığına görə, Milad bayramından əvvəl Britaniya barlarında "Ginnes" pivəsinin qıtlığı yaşanmışdı, bu səbəbdən içkinin satışı məhdudlaşdırılmalı oldu.
Qəzet müəyyən edib ki, 2024-cü il dekabrın ortalarında Midlandsdakı anbardan içərisində 400 ədəd 50 litrlik içki olan yük maşını oğurlanıb.
Polis oğurlanan pivənin yerini hələ də müəyyən edə bilməyib.