1 Yanvar 21:57
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də avtomobilini izdihamın üzərinə sürmüş şəxsin kimliyi məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli "NOLA" nəşri məlumat yayıb.

“Polisə atəş açdığı iddia edilən şübhəli şəxs hadisə yerində öldürülüb. Çərşənbə günü onun 42 yaşlı Şamsud Din Cabbar olduğu müəyyən edilib”, – nəşr vurğulayıb.

Xatırladaq ki, yanvarın 1-də Luiziana ştatının Nyu-Orlean şəhərində sürücünün avtomobilini izdihamın üzərinə sürməsi nəticəsində azı 10 nəfər ölmüş, daha 30 nəfər isə yaralanmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər