Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə hökumətdə bəzi dəyişikliklər edilə bilər, lakin bu dəyişikliklər əsas nazirlərə təsir etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, beş-altı nazir postunu itirə bilər. Bununla belə, vitse-prezident Cevdet Yılmaz, Maliyyə naziri Mehmet Şimşək, xarici İşlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və ətraf mühit və şəhərsalma naziri Murat Kurum vəzifələrini qoruyacaq.
Qeyd edək ki, bu dəyişikliklərin 2024-cü ilin mart ayında keçirilmiş yerli seçkilərdən sonra başlayan AKP daxilindəki islahatlar çərçivəsində həyata keçiriləcəyi bildirilir.
Həmin seçkilərdə müxalifətin qələbəsi hakim partiyanın rəhbərliyində və onu təmsil edən bələdiyyələrdə kadr dəyişikliklərinə səbəb olub.