Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycanın İslamabaddakı səfirliyində olub.
Teleqraf.com xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.
“A.Sadiq AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə bağlı Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib və xəsarət alanlara şəfa diləyib”, - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, 38 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası dekabrın 25-i Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib.