2 Yanvar 10:55
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monqolustanda dövlət qurumları milli yazıdan istifadə etməyə başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.

Yeni müddəanın tətbiqinə 2025-ci il yanvarın 2-dən start verilib.

Qeyd olunub ki, 2025-ci ildən Monqolustanın bütün dövlət və bələdiyyə orqanları monqol dili haqqında qanuna uyğun olaraq, rəsmi sənədlərdə kiril əlifbası ilə yanaşı, milli yazıdan da istifadə etməyə başlayıblar.

Qanunun icrasını təmin etmək üçün təhsil müəssisələrində milli monqol yazısının müxtəlif formatlarında tədris davam etdiriləcək.

Xatırladaq ki, klassik monqol yazısından 1930-cu illərə qədər həm Monqolustanda, həm də SSRİ-də buryatlar və kalmıklar istifadə edirdilər.

Onların dilləri 1931-ci ildə sovet dili islahatı çərçivəsində latın əlifbasına, 1939-cu ildə isə kiril əlifbasına keçdi.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər