Ukrayna hakimiyyəti Xarkov vilayətindən 11 min insanı təxliyə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə regionun hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
"Son bir neçə ayda Kupyanski istiqamətindən təxminən 6500, Borovskidən isə təxminən 4500 nəfər təxliyə edilib", - o bildirib.
Onun sözlərinə görə, son vaxtlar köçürülmə tempi xeyli azalıb.