2 Yanvar 17:15
305
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Körfəzdə yerləşən ərəb dövlətləri ilə elektrik əlaqəsinin qurulması layihəsini 90 faiz yerinə yetirib.

Teleqraf.com İraq mətbuatına istindala xəbər verir ki, bu istiqamətdə enerji resurslarının diversifikasiyası davam etdirilir.

İraqın Elektrik nazirliyinin sözçüsü Əhməd Musa deyib ki, bununla ölkə regional körfəz ölkələri enerji bazarında mühüm üzv olacaq. Əlavə edib ki, hazırda 3 şirkət İraqın Fao stansiyası ilə Küveytin Vafra stansiyasını birləşdirəcək naqilləri çəkir. Bu ilin əvvəlində layihənin birinci mərhələsinin işə salınması ilə Bəsrə vilayəti 500 meqavat gücündə enerji ilə təmin olunacaq.

İraqla İordaniya arasında elektrik enerjisi əlaqəsi layihəsinin birinci mərhələsində isə 54 meqavatlıq enerji ötürülüb. İkinci mərhələ də yekunlaşmaq üzrədir və bu, İordaniyanın Rişə stansiyasını birləşdirəcək. Ümumiyyətlə, adı çəkilən layihənin reallaşması nəticəsində İraq, İordaniya və Misir arasında elektrik şəbəkələri birləşdiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər