Təhsil naziri Emin Əmrulayevə yeni müşavir təyin olunub.
Teleqraf.com-un məlumatına görə, nazirin əmri ilə müşavi vəzifəsinə Elnur Nəsibov təyin edilib.
Elnur Nəsibov Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışırdı.
Qeyd edək ki, iyulun 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.