29 Dekabr 2020 10:03
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəşəriyyətin gələcəkdə COVID-19-dan daha böyük epidemiya ilə qarşılaşa biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Gebreyesus 2020-ci ilin son mətbuat konfransını keçirib.

O bildirib ki, virusla mübarizədə qlobal həmrəylik yaratmaq üçün dünyanın hər yerindən alimlərlə birgə çalışırlar: “Hər gün yeni bir şey öyrənirik. Heç birimiz özümüz pandemiyaya son qoya bilmərik, ancaq bunu birlikdə edə bilərik”.

ÜST Təcili Yardım Proqramının direktoru Mayk Ryan bugünkü dünyanın elm və peyvənd sahəsində inkişaf etmiş bir mərhələdə olduğunu vurğulayıb: “COVID-19 dünyada sürətlə yayılmaqdadır. Lakin bu pandemiya ən böyük təhlükə deyil. Virus çox yoluxucudur, insanları öldürür. Virusun ölüm nisbəti digə xəstəliklərlə müqayisədə aşağıdır. Bu, xəbərdarlıq siqnalıdır. Gələcəkdə daha da təhlükəli ola biləcək epidemiyaya hazırlaşmalıyıq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər