22 Aprel 2021 22:24
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən mövsüm əhalinin COVID-19 virusuna yoluxub-yoluxmadığını müəyyən etmək üçün vətəndaşların könüllü müraciəti əsasında seroloji testlər aparılırdı. Hazırda proses nə yerdədir?

Teleqraf.com-un xəbərinə görə, TƏBİB-in Mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova bildirib ki, seroloji testlərin aparılması hazırda dayandırılıb:

“Bu layihəyə ötən il avqust-sentyabr aylarında başlanmışdı. Lakin oktyabrda yoluxma sayı çox olduğuna və Vətən müharibəsi başladığına görə seroloji testlər təxirə salındı. Hazırda rayonlarda Random vasitəsilə vətəndaşlar arasında bu testlər aparılır”.

Qumral Ələkbərova bildirib ki, testlər ödənişlidir: “Seroloji testlər dünyada olduğu kimi Azərbaycanda da ödənişlidir. Layihə çərçivəsində isə ödənişsiz idi”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər