21 Dekabr 2021 11:32
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər. Bu, bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur.

Teleqraf.com xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, icbari təhsil pulsuzdur: "Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır".

Nazir qeyd edib ki, Valideyn-Müəllim Assosiasiyaları (VMA) Təhsil Nazirliyinin tabeliyində olan qurum deyil: "Həmin qurum ictimai şəkildə fəaliyyət göstərir. Quruma üzv olmayan valideynin övladının dərsə gəlməməsini deyən şəxslər qanunsuzluq edir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər