24 Dekabr 2022 12:47
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaz limitinin yenilənməsi ilə bağlı SOCAR "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev açıqlama verib.

Teleqraf.com xəbər verir ki, şöbə rəisi bildirib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə artıq smart kart sayğaclarda limitlərin yenilənməsi avtomatik həyata keçirilir:

"Hazırda Azərbaycanda smart kart sayğacdan istifadə edən abonentlərin sayı 1 milyona yaxındır. Yəni o abonentlərin limiti ayın birinə keçən gecə həll olunacaq. Qalan 1,4 milyona yaxın abonentimizin, mexaniki, sonradan ödənişli sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi prosesi bir neçə gün vaxt alacaq”.

Həmin açıqlamanı təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər