Növbəti həftə daha 4 rayonda saat 11:00-dan 12:00-a dək “Açıq mikrofon” aksiyası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, aksiya həftənin 1-ci günü Lerik rayonunda (Kornədi kəndi, seçki məntəqəsinin qarşısı), 2-ci günü Masallı rayonunda (Şərəfə kəndi, "Kəndimiz" şadlıq evinin qarşısı), 4-cü günü Astara rayonunda (Səlivə kəndi, Şəhid Arif Qeybiyevin vaxtilə yaşadığı mənzilin yaxınlığı), 5-ci günü isə Biləsuvar rayonunda (Malik Piriyev adına Əliabad tam orta məktəbinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.