1 Avqust 2016 19:37
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milliyətçi Hərəkat Partiyasına (MHP) yaxın olan “Ülkü Ocakları” təşkilatı, İran rejiminin təhqirlərinə məruz qalan Güney Azərbaycan türklərinə dəstək məqsədi ilə bəyanat yayıb.

İyulun 30-da yayılan bəyanatda məlum “Tərh-i No” qəzetinin türkləri təhqir etməsi şiddətlə məhkum edilib və Azərbaycan türklərinin keçirdiyi etiraz aksiyalarına dəstək nümayiş olunub.

Ülkü Ocaklarının gənəl başqanı Olcay Kılavuz tərəfindən yayılan bəyanatda Azərbaycan türkləri ilə Anadolu türklərinin birgə dil, tarix, mədəniyyət və irqə malik olduqları vurğulanıb.

Güney azərbaycanlıların dirənişinin təqdir olunduğu bəyanatda İran rejiminin Azərbaycan xalqından üzr istəməsi və son etiraz aksiyalarında tutulanların qeyd-şərtsiz azadlığa buraxılması istənilib.

Xatırladaq ki, Şərqi Azərbaycanda nəşr olunan dövlət qəzeti “Tərh-i No” iyulun 20-də türklərə qarşı təhqiramiz yazı dərc edərək onları bədbəxt, irqi pis və s. kimi sözlərlə təqdim edib. Bundan sonra ilk olaraq sosial şəbəkələrdə başlayan etirazlar, Tehranda daxil olmaqla Azərbaycanın böyük şəhərlərində kütləvi etiraz aksiyaları kimi davam etdirildi. Aksiyalarda onlarla soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən yaxalandı.


Müəllif:

Oxşar xəbərlər