14 Oktyabr 2016 12:38
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna ediləcək dəyişiklik imkan yaradacaq ki, korrupsiya hallarının qarşısı alınsın”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin (MM) plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunarkən deyib.

O qeyd edib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu işin öhdəsindən uğurla gəlir, bu işlər davam etməlidir: “Korrupsiya halı ilə bağlı məlumatı gizlətmək özü bir cinayətdir. Bunun üçün məsuliyyət müəyyən olunmalıdır. Yalan məlumat verənlərin qarşısı alınmalıdır. Sovet dövründə kimsə hansısa şəxsi yoxlatmaq istəyirdi, anonim məktublarla müraciət edir, sonra həmin şəxslə bağlı araşdırmalara başlanılırdı”.

S.Novruzov vurğulayıb ki, korrupsiya halları ilə bağlı məlumat verən şəxsin təhlükəsizliyi də əsas məsələlərdəndir.

BAXCP sədri, deputat Qüdrət Həsənqiliyevdə qanunun dəqiq olmasının vacibliyini dilə gətirərək bəzi təkliflərini irəli sürüb.

Vitse-spiker Ziyafət Əsgərov isə çıxış edən və təkliflər irəli sürən deputatlara cavab verib.
Vitse-spiker deyib ki, korrupsiya ilə bağlı məlumat verən şəxslər dövlət tərəfindən müdafiə ediləcək və qorunacaq.

Sonda “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilib.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər