7 Noyabr 2016 14:15
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Baba Vəziroğlu maraqlı təkliflə çıxış edib. Bildirib ki, gender bərabərliyi məsələsi gündəmdən çıxarılsın və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ləğv olunsun. O, bunu belə izah edib: “Tanrı qadınla kişini fərqli yaradıbsa, bəndənin nə haqqı var ki, onları eyniləşdirsin?”

“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Teleqraf.com-a açıqlmasında bu təklifin uyğunsuz olduğunu bildirib: “ Bu komitə gender ayrı-seçkiliyi olduğuna görə yaradılıb. Olmasaydı, yaranmazdı. Hökumətin nə marağı var ki, boşuna hansısa nazirliyi, qurumu saxlasın? Bir neçə nazirlik, dövlət qurumu ləğv edildi, amma bu komitə qaldı.

Hazırda bəzi məsələlərdə komitənin fəaliyyəti qənaətbəxş deyil. Öz təşkilatımla bağlı deyim ki, müəyyən məsələlərdə əməkdaşlığa cəlb oluna bilərəm, amma olunmaram. Halbuki bu əməkdaşlığa kifayət qədər potensialımız var, qarşılıqlı faydalı işlər görə bilərik. Bu məsələdə iradımı bildirə bilərəm. Amma komitənin ləğv edilməsi yaxşı tendensiya deyil.

Sözün düzü, Baba Vəziroğlunun birdən-birə gender məsələsinə qarışması təəccüblüdür. Bu kimi problemlərə biganə olan adam gender məsələsini ortaya atır və komitənin ləğvi tələbini irəli sürür. Bilmirəm, bu, ismarıcdır, yoxsa nədir? Ola bilsin ki, struktur dəyişikliyi baş versin, amma bütövlükdə komitənin ləğvini düzgün hesab etmirəm”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər