Xərçəng şişlərinin bədənin hər hansı hissəsində meydana gəlməsi və öz-özünə yayılması bu xəstəlikdən ölüm hallarının 90 faizini təşkil edir. Böyük britaniyalı alimlər heyvanlar üzərində təcrübə aparmaqla, xərçəngin orqanizmdə yayılmasının azalmasının mümkünlüyünü irəli sürürlər.
Teleqraf.com bbc.com saytına istinadla xəbər verir ki, tədqiqatçılar 810 ədəd genetik modifikasiya edilmiş laboratoriya siçanı üzərində araşdırma aparıblar. İmmun sisteminin dəyişdirilməsi nəticəsində dəri xərçənginin ağciyərlərə yayılmasının 75 faiz yavaşlaması müşahidə edilib.