Mediada magistral yolların sarı rənglə işarələnmiş hissələrindən sürücülərin istifadəsi məhdudiyyəti ilə bağlı müxtəlif informasiyalar gedib. Bu, sürücülərin çaşqınlığına səbəb oldu.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Teleqraf.com-a açıqlamasında bildirib ki, mayın 5-dən IV İslam Həmrəyliyi Oyunlarının başlanması ilə əlaqədar tədbirlərə start veriləcək:
“Bu məqsədlə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi əhaliyə, avtomobil sahiblərinə müraciət edir ki, idman oyunlarının keçirildiyi ərazilər istiqamətində sarı rəngli zolaqlara daxil olanlar inzibati qaydada məsuliyyətə cəlb olunaraq, 40 manat cərimələnəcəklər. Qadağa mayın 25-nə kimi davam edəcək. Bu zolaqlardan yalnız idman oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi qabaq və arxa tərəfində xüsusi işarələnmiş avtomobillər istifadə edəcəklər”
ŞƏFİQƏ