Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edib.
O, bildirib ki, təqsirləndirilən şəxslərdən dəymiş ziyanla bağlı ödəmə edənlər var: "Ödəmələr tam başa çatmadığından bizim mövqeyimiz konkret deyil. Xahiş edirik ödəmələr bitənə qədər iclas təxirə salınsın".
Hakim isə bildirib ki, məhkəməyə ödəmələrlə bağlı hər hansı sənəd təqdim edilməyib.
Hakim məhkəmə iclasın iyunun 2-də davam edəcəyini deyib.
Bildirib ki, həmin gün ödəmələrlə bağlı sənədləri məhkəməyə təqdim edilsə, vaxt məsələsi müzakirə oluna bilər.
Dövlət ittihamçısı Fərid Nağıyev Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
Digər təqsirləndirilən Məhəmməd Məmmədov Cəfır Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oqtay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.
Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlakların dövlətə dəymiş ziyan ödənilməsinə yönəldilməsi təmin edilsin.