10 İyul 2017 17:14
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qanunsuz yol nişanlarının müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.

Bakı Nəqliyyat Agentliyindən ( BNA) Teleqraf.com-a verilən məlumata görə, iyulun 10-da Yasamal rayonu Nazim Hikmət küçəsinə keçirilən baxış zamanı avtobus dayanacağı məntəqəsinə parklanma nişanın qoyulduğu aşkar edilib:

“Müntəzəm marşrut avtobusları üçün nəzərdə tutulan dayanacaq məntəqəsinin yaxınlığına standartlara uyğun olmayan nişanın qoyulması qanunsuz olaraq həyata keçirilib. “Yol hərəkəti haqqında” Qanunun müvafiq maddəsinin tələbinə əsasən Bakı şəhərinin inzibati ərazisində yollarda yol nişanlarının qurulması Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırmaqla, BNA tərəfindən həyata keçirilir. Sözügedən ünvanda qanunsuz yol nişanı quraşdıran şəxslər barəsində zəruri inzibati tədbirlərin görülməsi təmin ediləcək”.

Qeyd edək ki, müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər