Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan 15 İyul Şəhidlər Körpüsündə anma mərasimindəki çıxışı zamanı bildirib ki, bir il öncə imanlı şəxslər dünyanın ən modern silahları ilə təmin edilmiş şəxslərin üzərində qələbə qazanıb.
"Təkbirlə tankın üzərinə geiən milləti kim əsir edə bilər? Əynindəki paltarı tankın lüləsinə soxaraq onu işləksiz hala gətirən imandır, iman. Önündə, arxasında, sağında, solunda onlarla adam vurulduğu halda geri çəkilməyi ağlına gətirməyən, əksinə xainlərin üzərinə gedən milləti kim saxlaya bilər?"