Teleqraf.com-un məlumatına görə, jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilmişdir. Bu nömrədə, həmçinin Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu qaydaları, Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursant qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunmuşdur.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2016-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları "Abituriyent” jurnalının 2017-ci il 2-ci nömrəsində dərc edilib.