13 Avqust 2017 01:53
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonu, İmamqulukənd kəndində vətəndaşa məxsus fermanın ərazisinə yığılmış ümumi çəkisi 300 ton ot bağlamasının 240 tonu yanıb.

Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı tövlədə olan 75 baş iri buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas olunub.


Müəllif: Teleqraf.com