Baş Dövlət Yol Polisi İdarəsi hərbi hissədə baş verən partlayışla əlaqədar sürücülərə müraciət edib.
Bu barədə Teleqraf.com-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Şöbə rəisi bildirib ki, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətində 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.
Kamran Əliyev qeyd edib ki, sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar.