“Alov qüllələri” kompleksində taktiki təlim keçiriləcək.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 2017-ci il sentyabrın 18-də saat 15:00-da Bakı şəhərində “Alov qüllələri” kompleksində “İnsanların təxliyəsi və baş vermiş hadisəyə müdaxilənin düzgün təşkili” mövzusunda xüsusi taktiki təlim keçirəcək.
Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 40 nəfər canlı qüvvəsi cəlb olunacaq.