19 Dekabr 2017 12:03
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlilliyi olan şəxslərə dövlət büdcəsindən Sosial Müdafiə Fondu vasitəsilə hər il 82 milyon manat vəsait ödənilir.

Teleqraf.com xəbər verir ki, bunu "Bakcell"in maliyyə dəstəyi, "British Council" və Britaniya səfirliyinin birgə əməkdaşlığı ilə əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 624 min nəfər əlil şəxs var: "Bu, əhalinin 6,3 faizi deməkdir. Əlillərin məşğulluğu sahəsində müəyyən problemlər də mövcuddur. Hazırda 32,5 min nəfər əlilliyi olan şəxs işləyir, bu, ölkədəki əlillərin 8,3 faizi deməkdir.

Avropada bu göstərici 40 faiz, Avstraliyada 60 faiz, Çində isə 80 faiz təşkil edir. Azərbaycanda əlilliyi olan 624 min şəxsin təxminən 350 min nəfəri əmək qabiliyyətlidir".

Şöbə müdiri qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 15 faizi əlildir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər