21 Dekabr 2017 10:36
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycana vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı, avtomobilin yan qapılarının içində 150 qutu pirotexniki vasitə və 2 ədəd fişəng aşkar edilib.

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn digər iki Azərbaycan vətəndaşının idarə etdikləri avtomobillərdə isə pirotexniki vasitələrin avtomobilin hər dörd təkərinin içərisində gizlədildiyi məlum olub. Həmin avtomobillərdən birində 60 qutu, digərində 146 qutu pirotexniki vasitə aşkarlanıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər