Azərbaycan Turizm Assosiasiyasında (AzTA) turizm şirkətləri ilə "Şahdağ" Turizm Mərkəzi arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə keçən həftə "Şahdağ" Turizm Mərkəzində baş vermiş izdihamla bağlı problemlər və AzTA-nın təklif etdiyi koordinasiya metodu ilə birgə tənzimləmə yolları müzakirə olunub.
Müzakirə zamanı “Şahdağ”la əməkdaşlıq şərtləri və güzəştlər haqqında razılığa gəlinib.
Bundan başqa, AzTA” Şahdağ” turlarının təşkili ilə bağlı özündə bir sıra xidmət keyfiyyəti standartını əks etdirən tövsiyə xarakterli anlaşma sənədinin ilkin versiyasını turizm şirkətlərinin diqqətinə çatdırıb.
Sonda bütün razılaşdırılmış şərtlərin icra edilməsi üçün AzTA Gəlmə Turizm Komitəsi nəzdində səsvermə yolu ilə 5-7 nəfərlik komissiyanın yaradılması haqqında qərar verilib.