28 Dekabr 2017 16:43
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, iclasda Milli Televiziya və Radio Şurasının 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş BAKU ART LAB MMC, Türkel TV MMC, MEDİA MASTER MMC-nin sənədlərinə baxılmış, müsabiqənin nəticələri müzakirə edilib. Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ saylı Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan Türkel TV MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

İclasda həmçinin Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin 1 yanvar 2018-ci il tarixdən “AzTV” və “Mədəniyyət TV” kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər