15 Yanvar 2018 14:16
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini, keçmiş Vergilər naziri Fazil Məmmədovun yeznəsi Namiq Quliyevin işdən çıxarılması ilə bağlı deyilənlər özünü doğrultmayıb.

Ötən ilin dekabrında yeni nazir Mikayıl Cabbarov tərəfindən işdən çıxarıldığı deyilən Namiq Quliyev elə öz vəzifəsində qalıb.

Belə ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəhbər işçilərinin 2018-ci ildə vətəndaşların qəbul qrafikini açıqlayıb. Qrafikdə Departamentin baş direktorunun 1-ci müavini Namiq Quliyevin həftə içi hər gün saat 09:00-dan 18:00-dək vətəndaş qəbulu həyata keçirdiyi qeyd olunub.

Qeyd edək ki, Modern.az saytı ötən ilin 26 dekabr tarixində yaydığı məlumatda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyevin vəzifəsindən kənarlaşdırıldığını bildirmişdi.

Xatırladaq ki, Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilib./Axar.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər