Musavat.com-un elektron poçtuna zəngin məmur övladlarının avto xuliqanlıq hərəkətlərinə dair yeni video göndərilib. Ən azı, videonu göndərən şəxs belə iddia edir. Bu videoda bir səra maşınların nömrələri aydın görünür.
Videonu yollayan R. Bağırov adlı oxucu yazır ki, bu maşınlar da Məmmədovlara məxsusdur. Həmin videonu göndərməkdə məqsədi isə Məmmədovların taksi sürücülərini incitməsidir.