29 Yanvar 2018 18:38
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

İbrahim Əsəd oğlu Hacıyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepal Federal Demokratik Respublikasında, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

Teleqraf.com-un xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

***

Tofiq Abdullayev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Xəbərə görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

***

Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.


Müəllif:

Oxşar xəbərlər