2018-ci ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb.
DGK-dan Teleqraf.com-a verilən məlumata görə, Komitənin xətti ilə dövlət büdcəsinə 226 mln. 88,3 min manat daxil olub.
Ötən ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 59 mln. 470,60 min manat, aksizlər üzrə 6 mln. 780,70 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 157 mln. 18,90 min manat, yol vergisi üzrə isə 2 mln. 818,10 manat təşkil edib.