17 Fevral 2018 15:07
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, uzun illər istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmayan 8,3 kilometr uzunluğa malik yolun hərəkət hissəsində deformasiyalar və dağılmalar yaranıb.

Bu səbəbdən yolda təmir işlərinə başlanılıb. Yenidənqurma layihəsinə uyğun olaraq, yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilir.

Yolun hərəkət hissəsi hazır olan hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər