2 Mart 2018 13:13
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın zamanı 24 nəfərin ölümü ilə əlaqədar "Speys" Müstəqil Televiziya və Radio Şirkəti dərhal özünün efir siyasətində dəyişiklik edərək bütün əyləncəli proqramlardan imtina edib.

Bu barədə Teleqraf.com-a telekanalın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Eldəniz Elgün məlumat verib.

O bildirib ki, telekanal gün ərzində tamaşaçılara sənədli və bədii filmlər, müxtəlif süjetlər təqdim edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər