Dövlət İmtahan Mərkəzinin 26 iyulda keçirdiyi qəbul imtahanlarında 4 nəfər maksimum nəticə göstərib. Üçüncü ixtisas qrupu üzrə imtahan verən Ağcabədi rayon sakini Əzim Əzizli təqdim olunan bütün suallara düzgün cavab verərək 700 bal toplayıb. İmtahanda maksimum nəticə göstərən Əzimin istəyi Bakı Dövlət universitetinin Hüquq fakültəsində təhsil almaqdır.
Eyni qrup üzrə keçirilən qəbul imtahanında Gəncə şəhəri, 27 saylı fizika-riyaziyyat təmayüllü liseyın məzunu Məmmədli Selcan və və Şəki rayonu fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin Ismayilova da bütün test tapşırıqlarına düzgün cavab verərək 700 bal yığıblar.
Lənkəran rayonu Balıqçılar qəsəbə tam orta məktəbin məzunu Rəmzi Abıyev isə II-ixtisas qrup üzrə keçirilən qəbul imtahnlarında 700 bal yığan yeganə tələbədir.
Qeyd edək ki, yaz qəbul imtahanlarında II və III ixtisas qrupu üzrə 7 nəfər maksimum nəticə göstərib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: