Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə rəis təyinatı olub.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Əsgər Adil oğlu Rəsulov Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Ə.Rəsulov 2012-ci ildən indiyədək həmin idarənin rəis müavini vəzifəsində çalışıb.