Son günlər “Facebook” sosial şəbəkəsinin İran və Azərbaycan seqmentində sürətlə populyarlıq qazanan “Səni deyirlər” mahnısına Ordubad rayonunun Kələki kəndində də rəqs edilib.
Teleqraf.com xəbər verir ki, yazar, mərhum prezident Əbülfəz Elçibəyin bu il keçirilən 80 illik yubiley tədbirlərinin təşkilatçılarından biri, eks-prezidentin ailəsinə yaxınlığı ilə seçilən Çingiz Özgür sosial şəbəkədə rəqs videosu paylaşaraq “Kələkidə #senideyirler! Bəyin silahdaşları ilə Güney üçün oynadıq! Bütöv Azərbaycanı deyirik!” sözlərini yazıb.
Sözügedən videonu təqdim edirik.