12 Sentyabr 2018 22:39
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı Avropa yəhudiləri icmasının nümayəndələrinin və qonaqların iştirakı ilə dünya yəhudilərinin qeyd etdiyi Yeni il bayramı - “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, bayram tədbirində Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinləri Səyyad Salahlı və Səyavuş Heydərov iştirak edib.

PA-nın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.

Təbrikdə bildirilir ki, biz xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin mövcud olduğu müasir Azərbaycan cəmiyyətində etnik-mədəni müxtəlifliyi milli dövlətçiliyimizin əvəzsiz nailiyyəti kimi qiymətləndiririk. Ölkəmizin bütün xalqları, o cümlədən yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşamış, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdə mövcud olan multikulturalizm və tolerentlıq mühitindən bəhs edib.

Daha sonra çıxış edən Avropa Yəhudiləri icmasının sədri, xalq artisti Aleksandr Şarovski və başqaları dövlətin ölkəmizdəki bütün dinlərin və millətlərin nümayəndələrinə hər zaman diqqət və qayğı göstərdiyini bildiriblər.


Müəllif: Cavad

Oxşar xəbərlər